99da0b42-7589-42f1-b263-49c4f6ccc239..jpg

Azərbaycanın şimal-qərb rayonlarında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

Baxış sayı: 835 dəfə baxılıb.

Azərbaycanın şimal-qərb rayonlarında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb –
FOTO

Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayonlarında 20 Yanvar şəhidlərinin
xatirəsi anılıb.

“Report” xəbər verir ki, beş rayonda keçirilən anım mərasimlərində yerli icra
hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də idarə, müəssisə
və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirlər zamanı qeyd olunan rayonların şəhidlərin xatirəsinə ucaldılmış
komplekslər və abidələr ziyarət olunub, önlərinə tər qərənfillər düzülüb.

Anım mərasimləri zamanı torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək
şəhid olmuş oğullarımızın məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Bütün rayonlarda saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər vasitəsilə səs
siqnalları verilib.

Səhər saatlarından başlayan ziyarət qeyd olunan rayonların ictimaiyyət
nümayəndələri tərəfindən günün sonunadək davam edib.

Source link