03683ca1-2d47-4747-b26b-be1e43a8c444..jpg

Azərbaycanın stolüstü tennisçiləri erməni rəqiblərini məğlub ediblər

Baxış sayı: 654 dəfə baxılıb.

Azərbaycanın stolüstü tennisçiləri erməni rəqiblərini məğlub ediblər

Azərbaycanın 19 yaşadək stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində
keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində erməni rəqiblərini
məğlub ediblər.

Cixisyolu.com xəbər verir ki, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Xədicə
Əbilzadə qrup mərhələsini inamla adlayaraq, sentyabrın 20-də keçiriləcək 1/8
finala vəsiqə qazanıblar.

Qrupda L.Abdulhəmidova Asya Poqosyanı 3:0, Z.Mikayılova Ellada Gevorqyanı 3:1,
N.Mahmudova isə Mariam Ambarsumyanı 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.

U-17-lərin mübarizəsində yarımfinalda məğlub olan Mərziyyə Nurmətova ilə Aylin
Əsgərova üçüncü yeri tutublar. Yağmur Məmmədli də 13 yaşadək idmançılar
arasında eyni nəticəni göstərib.

15 yaşadək stolüstü tennisçilərin yarışında isə Mərziyyə Nurmətova, Aylin
Əsgərova, Aysu Ağayeva, Arzu Aslanova və Yağmur Məmmədli 1/8 finala yüksəliblər.

Source link