Azərbaycanın tanınmış güləşçisi reytinq turnirini buraxacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Xorvatiyada keçirilən “Zaqreb
Open” turnirində iştirak edə bilməyəcək.
Bu barədə AZƏRTAC-a 36 yaşlı idmançının özü məlumat verib.
“Tokio-2020” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı bildirib ki,
səhhətindəki problemə görə yarışı buraxacaq.
Qeyd edək ki, bu gün start götürən reytinq turniri yanvarın 14-dək davam
edəcək.