Azərbaycanın türk “süvariləri” İrəvan, Paris və Nyu-Delhi triadasına qarşı –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ
üzərində suverenliyinin tam şəkildə bərpa olunmasından sonra Azərbaycan və
Ermənistan arasından sülhün əldə edilməsi istiqamətində unikal tarixi imkan
yarandı.
Buna baxmayaraq “daşlar ölkəsi”ndə revanşizm ideyalarının yayılması davam edir.
Bu barədə “Caliber” “YouTube” kanalında təqdim olunan videosüjetdə bəhs edilir.
“Ermənistan KİV-lərində “Qarabağ klanı” nümayəndələrinin türkofobiya və
nasizmlə yüklənmiş bəyanatları dərc olunur ki, bu bəyanatlarda Qarabağ
məsələsinin həll olunmadığı, yeni müharibəyə hazırlaşmağın zəruriliyi barədə
iddialar yer alır.
Lakin erməni ictimaiyyətinin qonşularla sülhə hazır olmadığı və yeni müharibə
xəyalları barədə ən əsaslı dəlil isə Ermənistan tərəfindən müxtəlif silah
sistemlərinin əldə edilməsi və ya əldə edilməsinin planlaşdırılması ilə bağlı
tez-tez yayılan xəbərlərdir”, – deyə materialda bildirilib.
“Caliber.Az” artıq Paris və Nyu-Delhinin İrəvanın revanşist istəklərini
dəstəklədiyi və onu fəal şəkildə silahlandırdığı ilə bağlı məlumat verib.
“Biz dəfələrlə Ermənistana Fransanın zirehli transportyorları və Hindistan
haubitsalarının tədarükü barədə, eləcə də İrəvanın Hindistan raketlərini və
Fransanın hava hücumundan müdafiə sistemlərini almaq planlarından yazmışıq.
Bu hadisələr fonunda “Caliber.Az” qlobal müdafiə sənayesinin nailiyyətləri və
müxtəlif silah sistemlərinin döyüşlərdə istifadəsinə dair növbəti icmalda
qardaş Türkiyənin hərbi-sənaye kompleksinin bir neçə son modellərinə nəzər
salmaq qərarına gəlib. Bu modellər “Bir xalq-iki dövlət” konsepsiyasına uyğun
olaraq Azərbaycan Silahlı Qüvvələrinin arsenalında istifadəyə verilə bilər və
ya artıq mövcuddur”, – deyə materialda qeyd edilib.
Daha ətraflı videosüjetdə: