f5f31a0f-534b-4cda-a2e5-b11d057e0838..jpg

Azərbaycanın Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi AÇIQLANDI – FOTO

Baxış sayı: 836 dəfə baxılıb.

Azərbaycanın Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi AÇIQLANDI – FOTO

Azərbaycanın Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi açıqlanıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycan
Türkiyəyə 867 nəfər xilasetmə və tibbi personal, 2 mobil səhra hospitalı, 4873
çadır, 4 səhra mətbəxi, 861 generator, 221 512 zəruri ləvazimatlar və
məhsullar, 302 034 isti geyim, 693 756 ədəd dərman və tibb ləvazimatlar
göndərilib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık
rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan
rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox
afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail,
İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb
olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 39 672 nəfər
dünyasını dəyişib.

Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan
olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi
tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına
başlanılıb.

Source link