9014d24c-5c60-4503-8178-d8e249a02a4d..jpg

Azərbaycanın U-20 millisi EEVZA çempionatında iştirak edəcək – FOTO

Baxış sayı: 517 dəfə baxılıb.

Azərbaycanın U-20 millisi EEVZA çempionatında iştirak edəcək – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa
Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

“Report” xəbər verir ki, 2024-cü il 10-14 yanvar tarixlərində Polşanın
Qojuv-Velkopolski şəhərində baş tutacaq yarışda ümumilikdə 5 ölkənin yığması
mübarizə aparacaq.

Azərbaycanın U-20 millisi Latviya, Ukrayna, Estoniya və Polşa kollektivləri
ilə qarşılaşacaq.

Qeyd edək ki, yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən,
birinci yeri tutacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə
edəcək.

Source link