2683c43e-ad43-4a9a-8bfe-7807384b7c5d.jpg

Azərbaycanın U-21 millisi bu gün İngiltərə ilə qarşılaşacaq

Baxış sayı: 56 dəfə baxılıb.

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması bu gün Avropa
çempionatının seçmə mərhələsində İngiltərə ilə qarşılaşacaq.

Cixisyolu.com xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv siklin son
matçını səfərdə keçirəcək.

Bristol şəhərindəki “Aşton Qeyt” stadionunda baş tutacaq görüşün start fiti
Bakı vaxtı ilə saat 22:30-da səslənəcək. Qarşılaşmanı xorvatiyalı referi İvana
Martinçiç idarə edəcək.

Qeyd edək ki, hazırda F qrupunda Ukrayna 24 xalla liderdir. İngiltərə 22 xalla
ikincidirsə, üçüncü pillədə olan Serbiyanın 13 xalı var. Şimali İrlandiya 10
xalla dördüncü, Lüksemburq 7 xalla beşincidir. 3 xala malik Azərbaycan millisi
turnir cədvəlinin sonuncusudur.

Source link