af9fc0fa-221f-4bed-a726-77437c5823d5..jpg

Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq

Baxış sayı: 533 dəfə baxılıb.

Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə
mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Cixisyolu.com xəbər verir ki, F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan
İngiltərə ilə qarşılaşacaq.

“Qarabağ Arena”da baş tutacaq görüş saat 16:00-da start götürəcək. Matçı
Bosniya və Herseqovinadan olan hakim Antoni Bandiç idarə edəcək.

İngiltərə yığması 12 xalla qrupda ikinci pillədə qərarlaşır. 4-cü sıradakı
Azərbaycan millisinin isə hesabında 3 xal var.

Qeyd edək ki, Samir Əliyevin kollektivi martın 26-da eyni məkanda qrupun
lideri Ukraynanı qəbul edəcək.

Avropa çempionatının seçmə mərhələsi

F qrupu

22 mart

16:00. Azərbaycan – İngiltərə

Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina)

Bakı, “Qarabağ Arena”

Source link