Azərbaycanın üç atleti olimpiadaya lisenziya xarakterli yarışda final
mərhələsinə yüksəlib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın üç atleti Qazaxıstanın Ust-Kameneqorsk şəhərində keçirilən
Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda beynəlxalq yarışda final
mərhələsinə yüksəlib.
“Report”un məlumatına görə, bunlar İlahə Quliyeva, Lamiyə Vəliyeva və Əlhəm
Nağıyevdir.
Qadın atletlər 400 m, Ə.Nağıyev isə 60 m məsafəyə qaçışda bunu reallaşdırıb.
Qeyd edək ki, turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri
daşıyır.