Azərbaycanın üç boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Serbiyanın paytaxtı Belqradda davam edən boks üzrə Avropa çempionatında
Azərbaycan millisinin üç üzvü növbəti mərhələyə adlayıb.
Cixisyolu.com Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir
ki, yarışın 4-cü günündə Nəbi İsgəndərov (67 kq) 1/8 final çərçivəsində
fransalı Huqo Qraunu sınağa çəkib. Döyüş 4:1 (29:28, 30:27, 29:28, 28:29,
29:28) hesabı ilə boksçumuzun xeyrinə başa çatıb. İsgəndərov 1/4 finalda ilk
mərhələdən azad olan Laşa Quruli (Gürcüstan) ilə üz-üzə gələcək.
Malik Həsənov (63,5 kq) da çıxışını qələbə ilə başa vurub. O, 1/8 finalda
U-22-lər arasında son Avropa çempionu olan ispaniyalı Oyer İbarriçeni 5:0
(29:28, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib. Həsənov 1/4 finalda
Din Klensi (İrlandiya) ilə döyüşəcək.
Sərxan Əliyev (71 kq) isə 1/8 finalda Makkiver Euqenlə (İrlandiya)
münasibətinə aydınlıq gətirib. Boksçumuz qələbə sayəsində mərhələ adlayıb. O,
ikinci qarşılaşmasında Esgerxan Madiyevlə (Gürcüstan) qüvvəsini sınayacaq.