Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa
çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.
Cixisyolu.com xəbər verir ki, Zeynəb Rəhimova (52 kq) 1/8 finalda Nikola Primaçenkonu
(Polşa) 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib.
O, aprelin 23-də Venelina Poptoleva (Bolqarıstan) ilə döyüşəcək.
Məhsəti Həmzəyeva (57 kq) da ilk qarşılaşmasını aktivinə yazıb. İdmançı 1/8
finalda Rebeka Dobosu (Macarıstan) məğlub edib – 5:0 (30:27, 30:27, 30:26,
30:25, 30:27). Həmzəyeva 1/4 finalda Svetlana Kamenova (Bolqarıstan) ilə üz-üzə
gələcək. Görüş aprelin 23-nə təsadüf edəcək.
Yığmamızın lideri Alfonso Dominqes (92 kq) isə adını yarımfinala yazdırıb.
Dünya çempionu 1/4 finalda israilli Yan Zaka 4:3 hesabı ilə qalib gəlib. O,
yarımfinala vəsiqə ilə özü üçün azı bürünc medalı təmin edib. Dominqes növbəti
görüşünü aprelin 25-də keçirəcək.
Qeyd edək ki, bu gün Anaxanım İsmayılova (48 kq) da Lusine Gevorqyanı
(Ermənistan) mübarizədən kənarlaşdıraraq 1/4 finalda iştirak hüququ qazanıb.