Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırılıb

Baxış sayı: 3. 387 dəfə baxılıb.

Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırılıb

Azərbaycanın daha üç idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.

Azərbaycan Milli Anti-Dopinq Agentliyindən (AMADA) ÇıxışYolu.Com-a verilən məlumata görə, velosipedçi Ramazan Əliyev 33 aylıq, ağırlıqqaldıranlar – Emin QocayevRəcəb Mustafayev isə 48 ay müddətinə diskvalifikasiya olunub.

Bununla da AMADA tərəfindən cəzalandırılan idmançıların sayı 39-a çatıb.

www.ÇıxışYolu.Com