6db92bde-ba3d-4deb-a61e-5528a206b549..jpg

Azərbaycanın vitse-çempionu fəaliyyətini dayandırdı: “Hazırkı lideri də eyni aqibət gözləyir”

Baxış sayı: 742 dəfə baxılıb.

Azərbaycanın vitse-çempionu fəaliyyətini dayandırdı: “Hazırkı lideri də eyni
aqibət gözləyir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Voleybol üzrə Azərbaycan çempionatında mübarizə aparan “Xarı Bülbül Laçın”
klubu fəaliyyətini dayandırıb.

Bu barədə Bizim.media-ya klubun təsisçisi İlqar İmanquliyev məlumat verib.
Onun sözlərinə görə, maliyyə çətinliyi klubun yaşamasına imkan verməyib:

“Artıq neçə ay idi ki, ciddi maliyyə çətinliyimiz var idi. Oyunçuların
maaşlarını ödəyə bilmirdik. Sponsorlara müraciət etdik. Ancaq heç kim komandaya
yaxın durmadı. Ona görə də “Xarı Bülbül Laçın” klubu dağıldı”.

İlqar bəyin sözlərinə görə ölkə çempionatının lideri olan kişilərdən ibarət
“Xarı Bülbül Şuşa” komandasını da eyni aqibət gözləyir. Böyük ehtimalla yaxın
günlərdə bu klubun da fəaliyyətini dayandırması rəsmi şəkildə elan olunacaq.
Xatırladaq ki, 2022-ci ildə yaranan “Xarı Bülbül Laçın” klubu keçən il
çempionatı ikinci yerdə başa vurduğu üçün ölkəmizi bu il Avrokuboklarda da
təmsil etmişdi.

Source link