Azərbaycanın voleybol millisi EEVZA çempionatında iştirak etmək üçün Latviyaya
gedib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyanın
Dauqavpils şəhərində Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında
iştirak edəcək.
“Report”un məlumatına görə, Şahin Çatmanın rəhbərlik etdiyi komanda turnirə
qatılmaq üçün Latviyaya yollanıb.
Yığma ilk oyununu noyabrın 20-də ev sahibi Latviyaya qarşı keçirəcək.
Qızlarımız noyabrın 26-dək davam edəcək çempionatda Gürcüstan, Ukrayna, Litva,
Estoniya və Polşa kollektivləri ilə də üz-üzə gələcəklər.
Qeyd edək ki, AVRO-2024-ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən,
çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.