f0ab8b53-ece3-424c-9d09-ac8a53de6fe7..jpg

Azərbaycanın Xalq artisti Aftandil İsrafilovun doğum günüdür – VİDEO

Baxış sayı: 634 dəfə baxılıb.

Azərbaycanın Xalq artisti Aftandil İsrafilovun doğum günüdür – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanın Xalq artisti Aftandil İsrafilovun doğum günüdür.

Cixisyolu.com xatırladır ki, Aftandil İsrafilov 1941-ci ilin yanvarın 24-də Bakıda
anadan olub.

O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki
Universiteti) mülki tikinti fakültəsinə qəbul olub. Qarmona olan marağına görə
təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr edib.

A.İsrafilov “Azkonsert”in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini
həyata keçirib. Aftandil İsrafilov 1970-ci ildə Zeynəb Xanlarova ilə birgə
Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində dünyanın dörd
bir yanında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə konsertlərdə çıxış
edib.

Aftandil İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış “Zemfira”,
“Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə”, “Basqalı” kimi 100-ə qədər musiqi
havasının müəllifidir.

Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna
xidmətlərinə görə 24 may 1998-ci ildə Azərbaycan Respublikasının “Xalq artisti”
fəxri adına, 25 yanvar 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb. O, 5 iyul
2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 22
aprel 2008-ci ildə Dağıstan Respublikasının “Xalq artisti” adına layiq görülüb.

2 dekabr 2022-ci il tarixində reanimasiyaya yerləşdirilib. 2023-cü ilin mart
ayında yenidən səhhətində problemlər yaranıb. 29 aprel 2023-cü il tarixində
vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.


Source link