016becfd-7532-48ab-91a6-5532ff9f211b.jpg

Azərbaycanın Xalq artisti Şahlar Quliyev dəfn edildi

Baxış sayı: 47 dəfə baxılıb.

Xalq artisti Şahlar Quliyev dəfn olunub.

Cixisyolu.com xəbər verir ki, onun cənazəsi “Qurd qapısı” qəbiristanlığında torpağa
tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, sənət dostları və yaxınları, eləcə də
incəsənət xadimləri iştirak ediblər.

14:36

Xalq artisti Şahlar Quliyevlə Təzəpir məscidində keçirilən vida mərasimi başa
çatıb.

Cixisyolu.com xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün “Qurd qapısı”
qəbiristanlığına aparılır.

14:04

Bu gün vəfat edən Xalq artisti Şahlar Quliyevlə Təzəpir məscidində vida
mərasimi keçirilir.

Cixisyolu.com xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, sənət dostları və
incəsənət xadimləri iştirak edirlər.

Mərahim Nəsib

12:34

Bu gün səhər saatlarında dünyasını dəyişən Xalq artisti Şahlar Quliyev “Qurd
qapısı” qəbiristanlığında dəfn olunacaq.

Bu barədə “Report”a mərhumun ailə üzvləri məlumat verib.

Qeyd olunub ki, Şahlar Quliyevlə vida mərasimi saat 14:00-da Təzəpir
məscidində keçiriləcək. Vida mərasimindən sonra cənazə dəfn olunması üçün “Qurd
qapısı” qəbiristanlığına aparılacaq.

09:46

Xalq artisti, opera ifaçısı, Prezident təqaüdçüsü Şahlar Quliyev vəfat edib.

Cixisyolu.com bildirir ki, bu barədə onun oğlu, aktyor Nofəl Şahlaroğlu “Instagram”
hesabında məlumat verib.

“Allah sənə rəhmət etsin, ay ata. Bağışla, səni qoruya bilmədim. Görüşərik…” –
aktyor yazıb.

Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub.
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E.Quliyevanın
sinfi) bitirib. 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet
teatrının solisti olub.

Aparıcı səhnə ustası – yüksək kateqoriyalı solist-vokalçı kimi Şahlar Quliyev
teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas
rollarda çıxış edib. “Leyli və Məcnun”da “Nofəl”, “Şah İsmayıl”da “Aslan şah”,
“Aşıq Qərib”də “Şahvələd”, “Sevil”də “Atakişi”, “Arşin mal alan”da “Süleyman”,
“Gəlin qayası”nda “Xan”, “Koroğlu”da “Həsən xan”, “Aida”da “Amonasro”,
“Riqoletto”da “Monterone”, “Toska”da “Skarpia”, “Karmen”də “Eskamilio”,
“Payatsı”da “Tonio”, “Bohema”da “Şonar”, “Natəvan”da “Qasım bəy Zakir” kimi
rollar onun tərəfindən professionallıqla ifa olunub və tamaşaçı rəğbəti qazanıb.

Şahlar Quliyev Şimali Kipr, Türkiyə və s. ölkələrdə Azərbaycan opera sənətini
təmsil edərək uğurla çıxış edib. Vaxtaşırı dövlət əhəmiyyətli tədbirlərdə çıxış
edib.

2005-ci ildə “Azərbaycan Xalq artisti” fəxri adına layiq görülüb, Prezident
təqaüdçüsü idi.

Xalq artisti bir neçə il əvvəl onkoloji xəstəlik səbəbindən əməliyyat
olunmuşdu.

Aytac Qasımova

Source link