f45be613-28fd-462a-bbc1-2858dc0ee171..jpg

Azərbaycanın Xalq artisti vəfat edib – YENİLƏNİB + FOTO

Baxış sayı: 892 dəfə baxılıb.

Azərbaycanın Xalq artisti vəfat edib – YENİLƏNİB + FOTO

Bu gün vəfat edən Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi,
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə ilə vida
mərasimi aprelin 10-da, saat 12:00-da Təzəpir Məscidində keçiriləcək.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İranə Tağızadə “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

12:38

Mədəniyyət Nazirliyi Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi,
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadənin ölümü
ilə bağlı nekroloq yayıb.

Nekroloqda deyilir:

“Azərbaycan mədəniyyətinə, ölkəmizin teatr ictimaiyyətinə ağır itki üz verib.
Görkəmli rejissor, Xalq artisti, Prezident təqaüdçüsü İranə Tağızadə 66 yaşında
vəfat edib.

İranə Tofiq qızı Tağızadə 7 may 1957-ci ildə Bakı şəhərində anadan olub.
1976-1981-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun
dram rejissoru fakültəsində təhsil alıb. İranə Tağızadə 1984-cü ildən
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb.

Bu sənət ocağında çalışdığı müddətdə İ.Tağızadə F.Dostoyevskinin “Karamazov
qardaşları”, U.Şekspirin “On ikinci gecə”, T.Uilyamsın “Arzu tramvayı”, Elçinin
“Artistin taleyi”, “Teleskop, ya yuxuda və reallıqda uçuşlar”, M.Kamolettinin
“Ah, bu Anna”, A.Puşkinin “Çar Saltanın nağılı”, R.Şartın “Mənim arvadımın adı
Morisdir” və s. bu kimi tamaşalara quruluş verib.

Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı Elçinin
“Sənətkarın taleyi” quruluşu tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Teatr
sahəsindəki xidmətlərinə görə o, 2008-ci ildə Əməkdar incəsənət xadimi, 2013-cü
ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Qeyd edək ki, İranə Tağızadə rejissor Tofiq Tağızadənin qızı, aktyor Firdovsi
Atakişiyevin həyat yoldaşıdır.

10:11

Azərbaycan mədəniyyətinə ağır itki baş verib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət
xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tofiq
qızı Tağızadə bu gün səhər vəfat edib.

“Mədəniyyət Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!”, – deyə qurum bəyan edib.

Source link