055d6d0f-9c28-47e7-aa8d-23de816a6a38..jpg

Azərbaycanın Xalq artistinə Rusiyadan film təklifi: Baş rolda oynayacaq – FOTO

Baxış sayı: 480 dəfə baxılıb.

Azərbaycanın Xalq artistinə Rusiyadan film təklifi: Baş rolda oynayacaq – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Naibə Allahverdiyeva Rusiyadan bədii filmə çəkilmək üçün dəvət
alıb.

Lent.az-ın məlumatına görə, aktrisa bu filmdə baş rollardan birində, mistik
gücləri olan qaraçı qadın rolunu oynayacaq.

Rusiyalı rejissorlar Naibə Allahverdiyevanı aktyor agentliyinin vasitəsilə
taparaq, dəvət ediblər. Görünür Naibə xanımın illər öncə oynadığı falçı-qaraçı
qadın obrazı unudulmaz təsir buraxıb.

Naibə xanım bildirib ki, o, bir dəfə də Rusiya istehsalı olan “Cənnətdən
kuryer” bədii filmində çəkilib.

“Öncədən danışmaq mənə düşmür. Ona görə indidən bu barədə heç nə demək
istəmirəm. Təklif var. Ağır qrip virusuna yaxalanmışam, hələlik sağalmaq üçün
əlimdən gələni edirəm ”, – deyə o bildirib.

Source link