Azərbaycanın XİN başçısı beynəlxalq ictimaiyyəti Ermənistanı sülhə sövq etməyə
çağırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Beynəlxalq ictimaiyyət Ermənistanı sülhə sövq etmək istiqamətində addımlar
atmalıdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov
Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında
deyib.
O vurğulayıb ki, Ermənistan revanşist addımlardan çəkinməlidir.
Nazir bildirib ki, bu gün Türkiyə və Gürcüstandan olan həmkarları Hakan Fidan
və İliya Darçiaşvili ilə görüşdə həm də Ermənistanla normallaşma prosesi,
işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, sülh quruculuğu
sahəsində Azərbaycanın atdığı addımlar da müzakirə edilib.
“Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra sülh üçün tarixi
imkan yaranıb. Sülh üçün beynəlxalq hüquq normalarına tam əməl olunmalıdır”, –
XİN başçısı söyləyib.