Azərbaycanın XİN başçısı Qırğızıstana səfərə gedib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə
heyəti MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Qırğız
Respublikasının paytaxtı Bişkek şəhərinə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri
Şurasının iclasında iştirak və çıxışı, habelə iclasda iştirak edən digər
dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.