84fdaa23-20be-4912-b3e5-2faa431edd35.jpg

Azərbaycanın “yaramaz” nümunəsi: Sem dayı başını itirib

Baxış sayı: 247 dəfə baxılıb.

“Azərbaycan üçün yalnız regionda söz sahibi olmaq yetərli deyil. Ölkəmiz
qurduğu müttəfiqlər sistemi ilə birlikdə böyük oyunçuya çevrilir. ABŞ-ni də ən
çox narahat edən, qıcıqlandıran məhz budur”.

Bunu Baku TV-nin departament rəhbəri Turan İbrahimov bildirib.

Zəngəzur dəhlizi məsələsinin çox önəmli olduğunu vurğulayan jurnalist bunun
Qərbin diqtəsi ilə açılacaq bir yol olmadığını diqqətə çatdırıb:

“Bunun da mesajını dövlət başçımız dəfələrlə verib. Təbii ki, Azərbaycan bu
regionda yerləşir və regionun öz reallıqları, önəmli dövlətləri var. Onların
maraqlarını nəzərə almadan burada mövcud olmaq mümkün deyil. Gürcüstan nümunəsi
bizə və bizim dediklərimizin əleyhinə danışanların hamısına nəticə etibarilə
gözəl arqumentdir”.

T.İbrahimov qeyd edib ki, Azərbaycan bütün təzyiqlərə rəğmən, milli maraqlar
kontekstində yalnız Qərbin maraqlarına uyğun olaraq proseslərin həllində
maraqlı deyil:

“Azərbaycan özünün maraqlarına uyğun olaraq bərabərhüquqlu partnyorluq
şəklində regionda bütün məsələlərin həll olunmasını, sülh, sabitlik istəyir.
Yəni “qazan-qazan” prinsipinə uyğun olaraq öz gələcəyini qurmaq istəyir. Bu da
başda ABŞ olmaqla Qərb dairələrini narahat edir. Bizə qarşı hazırda Qərbin
tutduğu mövqe bununla əlaqədardır”.

Ətraflı Baku TV-nin süjetində:

Azərbaycanın “yaramaz” nümunəsi: Sem dayı başını itirib
Azərbaycanın “yaramaz” nümunəsi: Sem dayı başını itirib

Source link