eff7f85a-deca-4110-b1fe-74e9eb5dd295..jpg

Azərbaycanın “Yarasa” xüsusi təyinatlıları İran hərbçilərinə yerini göstərdi – VİDEO

Baxış sayı: 772 dəfə baxılıb.

Azərbaycanın “Yarasa” xüsusi təyinatlıları İran hərbçilərinə yerini göstərdi –
VİDEO

Şəhid Orxan Əsgərovun Tehran hava limanında yola salınması zamanı diqqətçəkən
mənzərə yaşanıb.

Belə ki, Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” xüsusi
təyinatlıları bu şərəfli missiyanı üzərinə götürərək İran hərbçilərinin tabutu
təyyarəyədək daşımasına icazə verməyiblər.

“Yarasa” səfirlik əməkdaşlarının və Orxan Əsgərovun cənazəsinin Azərbaycana
təxliyyəsinin təşkilinə cavabdeh olub.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30
radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub.
Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin
rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da
hücumun qarşısını alarkən yaralanıb. Hazırda hadisənin istintaqı aparılır.
Şəhid Orxan Əsgərov yanvarın 30-u İkinci Şəhidlər xiyabanında dəfn olunub.


Source link