47fc61fb-b03a-4f02-9d5b-9a576f33e8c5.jpg

Azərbaycanın yeganə qızlar məktəbinə direktor TƏYİN EDİLDİ

Baxış sayı: 137 dəfə baxılıb.

Naxçıvan Qızlar Liseyinə yeni direktor təyin edilib.

Modern.az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası
təhsil naziri Elxan Nəcəfov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə İlahə Vahid qızı Fərəcova gətirilib. O, bundan
əvvəl Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Məlumatı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən təsdiqləyiblər.

Xatırladaq ki, liseyə əvvəllər Naxçıvan Ali Məclisinin deputatı Aidə
Allahverdiyeva rəhbərlik edib.

Qeyd edək ki, Naxçıvan Qızlar Liseyi Naxçıvan Muxtar Respublikasında 1992-ci
ildə “Xanım Qızlar Pansionu” adı ilə yaradılıb. 2004-cü ildən Naxçıvan Qızlar
Liseyi adı ilə fəaliyyətini davam etdirən lisey Azərbaycanda yeganə qızlar
məktəbidir.

Source link