Azərbaycan karateçiləri İranın Urmiyə şəhərində ənənəvi beynəlxalq turnirdə iki qızıl, bir gümüş və üç bürünc medal qazanıb.
ÇıxışYolu.Com xəbər verir ki, turnirin növbəti günləri Hüseyn Hüseynzadə (16-17 yaşlı gənclər, -76 kq) qızıl, Tural Balcanlı (kata) isə bürünc mükafata layiq olub.
Böyüklərin yarışında Nuri Əliyev (-60 kq), Samir Məmmədov (-75 kq) və Əli Cəfərov (+84 kq) bürünc medal uğrunda həlledici görüşdə qələbəni əldən verib.
Xatıqladaq ki, turnirin ilk günləri Ramil Baxşəliyev (14-15 yaşlı yeniyetmələr, -52 kq) qızıl medala sahib olub. Azər Tapdıqlı (14-15 yaşlı yeniyetmələr, -63 kq) gümüş, Ruslan Qafarlı (14-15 yaşlı yeniyetmələr, -57 kq) ilə Emin Namazov (14-15 yaşlı yeniyetmələr, kata) isə bürünc mükafat qazanıb.
20-22 sentyabr tarixlərində keçirilən və ümumi mükafat fondu 60 min avro olan XV Urmia Open turnirində 12 ölkədən 412 karateçi iştirak edib.
Yarış həm də yeniyetmə və gənclər milli komandamız üçün oktyabrın sonlarında Çilidə dünya çempionatına hazırlıq xüsusiyyəti daşıyıb.
Səbuhi Musayev