cd468947-d54e-49bb-abee-95a1b1fac78f..jpg

Azərbaycanın yunan-Roma güləşçisi Avropa ikincisi olub

Baxış sayı: 1. 093 dəfə baxılıb.

Azərbaycanın yunan-Roma güləşçisi Avropa ikincisi olub

Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Rumıniyanın paytaxtı
Buxarestdə keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanıb.

“Report”un məlumatına görə, 77 kq çəki dərəcəsində çıxış edən idmançı finalda
moldovalı Aleksandrin Qutu ilə qarşılaşıb. Rəqibinə 3:6 hesabı ilə uduzan
Həsənli ikinci yerlə kifayətlənib.

130 kq-da yer alan Sərxan Məmmədov “bürünc” görüşündə türkiyəli Muhammet
Bakıra uduzaraq medalsız qalıb.

Qeyd edək ki, martın 15-də Azərbaycanın daha 3 yunan-Roma güləşçisi – Elmir
Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) final
görüşlərini keçirəcəklər. Həsən Məmmədli (67 kq) və İsmayıl Rzayev (82 kq) isə
bürünc medal uğrunda qüvvəsini sınayacaq.

Source link