68670ea2-d4cf-4c40-9af2-ffd437501b44..jpg

Azərbaycanla Belarus arasında gömrük işi sahəsində ikitərəfli əməkdaşlıq planı imzalanıb – FOTO

Baxış sayı: 853 dəfə baxılıb.

Azərbaycanla Belarus arasında gömrük işi sahəsində ikitərəfli əməkdaşlıq planı
imzalanıb – FOTO

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Belarus Respublikasının
Dövlət Gömrük Komitəsi arasında gömrük işi sahəsində ikitərəfli əməkdaşlıq
Planı” sənədi imzalanıb.

Azərbaycanın Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, sənəd DGK
sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlk etdiyi
nümayəndə heyəti Belarus Respublikası gömrük xidmətinin dəvəti ilə işgüzar
səfəri çərçivəsində bu ölkənin Dövlət Gömrük Komitəsinin sədri Vladimir
Orlovskiylə görüşündə imzalanıb.

Görüşdə Azərbaycan və Belarus gömrük xidmətləri arasındakı işgüzar əlaqələrin,
xüsusilə iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsindəki rolundan bəhs
edilib. Tərəflər gömrük sistemində rəqəmsallaşma, informasiya
texnologiyalarının tətbiqi, risklərin təhlili, tranzit, poçt daşımaları
sahəsində qarşılıqlı məlumat və təcrübə mübadiləsinin təşkilinə dair məsələlər
ətrafında müzakirələr aparıblar.

Eyni zamanda Belarus gömrük xidmətinin fəaliyyətinə dair geniş təqdimat
nümayiş etdirilib.

Görüşdən sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus gömrük
xidmətinin poçt vasitəsilə daşınan bağlamaların rəsmiləşdirildiyi struktur
bölməsində olub, gömrük nəzarəti, çeşidləmə proseslərini izləyiblər.

Source link