b1bc4c83-0c0e-4393-abdc-6f6f73ee3a74..jpg

Azərbaycanla Çin arasında yaşıl enerji sahəsində potensial layihələr müzakirə edildi – FOTO

Baxış sayı: 542 dəfə baxılıb.

Azərbaycanla Çin arasında yaşıl enerji sahəsində potensial layihələr müzakirə
edildi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“China Energy International Group Co., Ltd.” şirkətinin sədri Lü Dzesianq ilə
görüşümüzün müzakirə mövzuları geniş və faydalı oldu”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım
edib.

“Şirkətlə yaşıl enerji sahəsində potensial layihələri müzakirə etdik,
Azərbaycanda yaşıl hidrogen və yaşıl ammonyak istehsalı imkanları barədə fikir
mübadiləsi apardıq. İşğaldan azad edilmiş ərazilərimizdə günəş enerjisinin
istifadəsi üzrə əməkdaşlıq perspektivləri də diqqət mərkəzində oldu.

Gələcək əməkdaşlığımızın hər iki tərəf üçün qarşılıqlı faydalar gətirəcəyinə
inanırıq”, – deyə nazir qeyd edib.

“#China
Energy International Group Co., Ltd.” şirkətinin sədri Lü Dzesianq ilə
görüşümüzün müzakirə mövzuları geniş və faydalı oldu. Şirkətlə#yaşılenerji

sahəsində potensial layihələri müzakirə etdik,#Azərbaycan
-da
yaşıl hidrogen və yaşıl ammonyak istehsalı imkanları barədə…
pic.twitter.com/tyFRTkh2rJ
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 16, 2024

Source link