57e4ea63-190d-4367-a92b-694c72c5e868..jpg

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baxış sayı: 650 dəfə baxılıb.

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı
protokol imzalanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası
arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin
Mustafayevin və Ermənistan Respublikasının baş nazirinin müavini Mher
Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası
arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və
Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu
görüşü keçirilib.

“Report” xəbər verir ki, görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul
edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq
görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu
dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə
uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) – Bağanis (ER), Aşağı
Əskipara (AR) – Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR)
– Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ
SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il
tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında
koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş
Protokol-təsvirini razılaşdırıblar.

Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Növbəti görüşün keçirilməsi
tarixi və yeri işçi qaydada razılaşdırılacaq.

Source link