e3eebb69-e883-463e-a7ff-9473f7e620a0..jpg

Azərbaycanla Macarıstan arasında əlaqələrin gücləndirilməsi nəzərdə tutulan sahələr açıqlanıb – FOTO

Baxış sayı: 824 dəfə baxılıb.

Azərbaycanla Macarıstan arasında əlaqələrin gücləndirilməsi nəzərdə tutulan
sahələr açıqlanıb – FOTO

Azərbaycanla Macarıstan arasında energetika, sənaye, nəqliyyat, informasiya
texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin
gücləndirilməsi üçün imkanlar böyükdür və bu potensialın reallaşdırılması üçün
zəruri tədbirlər görülür.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu barədə iqtisadiyyat
naziri Mikayıl Cabbarovla Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad
arasında keçirilən görüşdə bildirilib.

Görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, dövlət və hökumət
başçılarının qarşılıqlı səfərlərinin, 2023-cü ilin yanvarında Azərbaycan
Prezidentiİlham Əliyevin Macarıstana rəsmi səfəri çərçivəsində keçirilmiş
görüşlərin əməkdaşlığın möhkəmlənməsində mühüm rolu vurğulanıb.

“İki ölkə arasında tərəfdaşlığın genişlənməsinə qarşılıqlı marağın
göstəricisidir ki, Azərbaycan-Macarıstan ticarət dövriyyəsi artır, faydalı
investisiya əməkdaşlığı həyata keçirilir”, – məlumatda deyilir.

Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad Avropanın enerji
təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın həyata keçirdiyi layihələrin
əhəmiyyətindən bəhs edib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə
dair fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən enerji sahəsində
əməkdaşlığın perspektivləri, maliyyə sektoruna Macarıstan investisiyalarının
qoyuluşu imkanları müzakirə edilib.

Source link