0030b16d-60fa-4545-bb2d-5f86ec7dbfa2..jpg

Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib – YENİLƏNİB + FOTO

Baxış sayı: 773 dəfə baxılıb.

Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi
müzakirə edilib – YENİLƏNİB + FOTO

Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlığının inkişaf istiqamətləri,
qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin icrası imkanları
müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın iqtisadi inkişaf naziri
Marton Nad arasında videokonfrans formatında görüş keçirilib.

Görüşdə Azərbaycan-Macarıstan iqtisadi-ticarət əlaqələrinin dinamik inkişaf
etdiyi və iki ölkə arasında ticarət dövriyyəsinin artdığı qeyd olunub, iş
adamları arasında sıx əlaqələrin və keçirilmiş görüşlərin əməkdaşlığın
möhkəmlənməsində rolu vurğulanıb. Bildirilib ki, energetika, sənaye, nəqliyyat,
informasiya texnologiyaları, kənd təsərrüfatı, qida, əczaçılıq və s. sahələrdə
tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var. Nazir qeyd edib ki,
“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti
arasında imzalanmış investisiya müqaviləsinə uyğun olaraq Ələt Azad İqtisadi
Zonasında alüminium içki qutularının istehsalı və doldurulması zavodunun inşası
səmərəli biznes əməkdaşlığının uğurlu nümunəsidir.

Görüşdə Azərbaycanda özəl və xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış
imkanlar və biznes mühiti barədə məlumat verilib, Macarıstan şirkətləri fəal
tərəfdaşlığa dəvət edilib.

Marton Nad enerji təhlükəsizliyi baxımından ölkəmizlə əməkdaşlığın
əhəmiyyətinə toxunaraq, iqtisadi tərəfdaşlığın gücləndirilməsi istiqamətləri
barədə fikirlərini bölüşüb.

Tərəflər Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlığın inkişaf
istiqamətləri, ticarət əlaqələrinin, qarşılıqlı investisiyaların təşviqi və
birgə layihələrin icrası imkanları barədə fikir mübadiləsi aparıblar.

16:02

İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Macarıstanın iqtisadi inkişaf naziri
Marton Nad arasında videokonfrans formatında görüş keçirilib.

Bu barədə nazir “X” sosial şəbəkə hesabında paylaşım edib.

Görüşdə iqtisadi əməkdaşlığın inkişaf istiqamətləri, ticarət əlaqələrinin,
qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin icrası imkanları
barədə fikir mübadiləsi aparılıb.

🇦🇿🇭🇺 Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə videokonfrans
formatında keçirdiyimiz görüşdə ölkələrimiz arasında#iqtisadi

əməkdaşlığın inkişaf istiqamətləri,#ticarət

əlaqələrinin, qarşılıqlı#investisiya
-ların
təşviqi və birgə layihələrin icrası imkanları barədə…pic.twitter.com/OUJ7mAB3OX

— Mikayil Jabbarov (@MikayilJabbarov) September 26, 2023

Source link