dfe569f5-51f6-418b-a95f-bc3b938929b7..jpg

Azərbaycanla Malayziya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib

Baxış sayı: 707 dəfə baxılıb.

Azərbaycanla Malayziya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri
müzakirə edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 1-də Malayziyanın Parlament Senatının
prezidenti Datuk Mutanq Taqal ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən (NK) bildirilib.

Görüşdə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun
əhəmiyyəti vurğulanıb, Malayziyanın Parlament Senatı prezidentinin tədbirdə
iştirakı yüksək qiymətləndirilib.

Azərbaycan-Malayziya dostluq münasibətlərinin uğurla inkişaf etdiyi
bildirilib. Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən
Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatında yaxından əməkdaşlıq
etdikləri vurğulanıb.

Eyni zamanda Azərbaycan-Malayziya parlamentlərarası əməkdaşlığının hazırkı
səviyyəsindən məmnunluq ifadə olunub.

Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, investisiya, energetika, humanitar
və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə
olunub.

Source link