Azərbaycanla Özbəkistan arasında media sahəsində əməkdaşlığın
genişləndirilməsi müzakirə olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan
Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya
Agentliyinin baş direktoru Asadjan Xocayev arasında ikitərəfli görüş keçirilib.
Bu barədə Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.
Bildirilib ki, görüş Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk
Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və
yüksəkvəzifəli rəsmilərinin 5-ci toplantısı çərçivəsində baş tutub.
Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə
olunub, həmçinin, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında
media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrası
istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Özbəkistan tərəfi ənənə halını alması planlaşdırılan Şuşa Qlobal Media
Forumunda iştirakdan məmnunluğunu ifadə edərək növbəti forumlarda da iştirakda
maraqlı olduqlarını dilə gətirib.