Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan
qaldırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Qambiyaya
işgüzar səfəri çərçivəsində Qambiya Respublikasının xarici işlər, beynəlxalq
əməkdaşlıq və xaricdəki qambiyalılar naziri Mamadu Tanqara ilə görüşüb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məlumata görə, görüş zamanı iki ölkə arasında diplomatik pasport sahibləri
üçün viza tələbinin aradan qaldırılması barədə saziş nazirlər tərəfindən
imzalanıb.
Həmçinin digər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər
müzakirə edilib.