48f16e01-ebb4-4186-bd67-4641467089d6..jpg

Azərbaycanla qonşu ölkələrdə zəlzələlər qeydə alınıb – FOTO

Baxış sayı: 660 dəfə baxılıb.

Azərbaycanla qonşu ölkələrdə zəlzələlər qeydə alınıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanla qonşu ölkələrdə zəlzələlər baş verib.

Belə ki, Gürcüstanın şərqindəki Telavi şəhərindən (Kaxeti bölgəsi) 30 kilometr
aralıda 4,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə yerli Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, Tbilisi vaxtı ilə saat 9:26-da baş verən zəlzələnin ocağı 15
kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentri Torqva kurortu yaxınlığında
qeydə alınıb.

Həmçinin, bu gün saat 5:57-də İranda, Şərqi Azərbaycan əyalətinin Vərziğan
şəhərində Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, ocağı doqquz kilometr dərinlikdə qeydə alınan zəlzələ Təbriz
şəhərində də hiss edilib.

Hər iki ölkədə xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

Source link