Azərbaycanla Rusiya arasında 2024-cü il üçün gənclər əməkdaşlığı ilə bağlı
fəaliyyət planı imzalanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2024-cü il üçün
gənclər əməkdaşlığının həyata keçirilməsi haqqında Əsas Fəaliyyət Planı”
imzalanıb.
“Report” xəbər verir ki, sənəd Bakıda işçi qrupunun 4-cü iclasında Azərbaycan
Gənclər və İdman Nazirliyi ilə Rusiyanın Elm və Ali Təhsil Nazirliyi arasında
imzalanıb.
İclasda Azərbaycan tərəfindən gənclər və idman nazirinin müavini İndira
Hacıyeva, Xarici İşlər Nazirliyinin, Gənclər Fondunun nümayəndələri və
gəncləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Rusiya tərəfindən isə elm
və ali təhsil nazirinin müavini Olqa Petrova, Prezident Administrasiyasının
rəsmiləri və gəncləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Rusiyanın rəsmi qonaqları gənclər və idman naziri Fərid Qayıbovla görüşüb,
gənclər siyasətinin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.