9e80cf26-ee7f-4616-9481-3dd1a38aedcd..jpg

Azərbaycanla Rusiya arasında avtomobil buraxılış məntəqələri ilə bağlı saziş imzalanıb – FOTO

Baxış sayı: 772 dəfə baxılıb.

Azərbaycanla Rusiya arasında avtomobil buraxılış məntəqələri ilə bağlı saziş
imzalanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya
Federasiyası) arasında Azərbaycan-Rusiya dövlət sərhədindəki avtomobil
buraxılış məntəqələrində gözlənilməz halların xəbərdar edilməsi və
nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında Saziş
imzalanıb.

Cixisyolu.com Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr
İdarəsinə istinadən xəbər verir ki, Saziş DGK-nın sədri Şahin Bağırovla Rusiya
Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov arasında
Moskvada keçirilən görüş zamanı imzalanıb.

Görüşdə Azərbaycan və Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizinin imkanlarının
genişləndirilməsi, sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə
reallaşdırılması, “sadələşdirilmiş gömrük dəhlizi” ilə bağlı da fikir
mübadiləsi aparıblar.

Həmçinin iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın, məlumat
mübadiləsinin gücləndirilməsinə dair məsələlər müzakirə edilib.

Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının
paytaxtı Moskva şəhərində keçirilən Beynəlxalq Gömrük Forumunda iştirak edib.
Forumun əsas missiyası xarici iqtisadi fəaliyyətin inkişafı məqsədilə dövlət və
özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi üçün
səmərəli platformanın qurulmasıdır.

Forumda beynəlxalq iqtisadi əməkdaşlığın perspektivləri, tranzit imkanları,
gömrüyün strateji inkişafı və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Source link