3e9fb89a-2b71-4876-957d-96c9c9623ded..jpg

Azərbaycanla Rusiya iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətlərini müzakirə edib

Baxış sayı: 828 dəfə baxılıb.

Azərbaycanla Rusiya iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətlərini
müzakirə edib

Azərbaycanla Rusiya arasında bir sıra sahələrdə iqtisadi əməkdaşlığın
gücləndirilməsi istiqamətləri müzakirə olunub.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, iqtisadiyyat nazirinin birinci
müavini Elnur Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Rusiyada səfərdədir.
Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb.

Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçla görüşdə
Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti və
genişləndirilməsi istiqamətləri müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin Rusiyanın sənaye və ticarət nazirinin müavini
Aleksey Qruzdevlə görüşündə gəmiqayırma və metallurgiya sahəsində əməkdaşlıq
məsələləri barədə fikir mübadiləsi aparılıb.

Rusiyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Kazanda da olub.

Rusiya Federasiyası Tatarıstan Respublikasının başçısı (rəisi) Rüstəm
Minnixanov nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanın Rusiya Federasiyasının ayrı-ayrı regionları ilə
qarşılıqlı faydalı əməkdaşlığı vurğulanıb, Tatarıstanla sənaye, innovasiyalar,
kiçik və orta biznesin dəstəklənməsi və digər sahələrdə əlaqələrin inkişafı
üçün geniş imkanların olduğu qeyd edilib.

Nümayəndə heyətinin Tatarıstanın sənaye və ticarət nazirliyinin nümayəndələri
ilə keçirilən işgüzar görüşündə isə Birgə Hökumətlərarası Komissiyanın növbəti
iclasının keçirilməsi, sənaye zonaları sahəsində əlaqələrin genişləndirilməsi
və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Tatarıstan Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti əsası
2012-ci ildə qoyulan və xüsusi olaraq İT mütəxəssisləri üçün Rusiyada yaradılan
ilk şəhər – İnnopolisin qabaqcıl innovativ texnologiyaları, “ağıllı şəhər”
konsepsiyasına əsaslanan infrastrukturu, eləcə də “Alabuqa” sənaye parkında
istehsal prosesi, rezidentlər üçün yaradılmış şərait və investisiya mühiti ilə
tanış olub.

Source link