e05e1886-7bdd-4966-8c37-dc22fa0ddda1..jpg

Azərbaycanla Rusiya sərhəd buraxılış məntəqələrinin əlaqələndirilmiş inkişafı məqsədilə əməkdaşlıq edəcək

Baxış sayı: 791 dəfə baxılıb.

Azərbaycanla Rusiya sərhəd buraxılış məntəqələrinin əlaqələndirilmiş inkişafı
məqsədilə əməkdaşlıq edəcək

Azərbaycanla Rusiya dövlət sərhədindən buraxılış məntəqələrinin və onlara
nəqliyyat giriş yollarının əlaqələndirilmiş inkişafı məqsədilə əməkdaşlıq və
qarşılıqlı fəaliyyət aparacaq.

AZƏRTAC

xəbər verir ki, Prezidentİlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədindən
buraxılış məntəqələrinin və onlara nəqliyyat giriş yollarının əlaqələndirilmiş
inkişafı məqsədilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş” təsdiq
edilib.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun
müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin
qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi
barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir.

Source link