Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xidməti yaradılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xəttinin yaradılması
üçün lazımi işlərin tamamlanması ilə biz sadələşdirilmiş gömrük xidmətinə
keçəcəyik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İş
dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, məqsəd işləri sürətləndirməkdir və bu iki ölkəyə töhfə
verəcək:
“Bu məqsədlə gömrük xidmətlərinin sadələşdirilməsi önəmlidir. Bu istiqamətdə
iki ölkə arasında işlər aparılır”.