“Xəzər” TV-nin məşhur xəbər aparıcısı Vüsalə Nürəddin qızı İbrahimova işdən çıxıb.
ÇıxışYolu.Com-ın əldə etdiyi məlumata görə, aparıcının bu sahəyə vida etməsinə səbəb qohumu ilə evlənməsidir.
Rusiyaya gəlin köçən Vüsalənin 4 mart tarixində qız toyu, ötən gün isə Moskvada oğlan toyu baş tutub.
O, Fərid adlı bəylə ailə həyatı qurub.
Qeyd edək ki, aparıcı bundan sonra Rusiyada yaşayacaq.