Bir neçə gün öncə Türkiyədə 14-cü “İpəkyolu İlin Qızıl Adamları” mükafatlandırılma mərasimi baş tutub.
ÇıxışYolu.Com xəbər verir ki, gecədə bir çox ölkələrin nümayəndələri,o cümlədən də Azərbaycanın tanınmış simaları iştirak edib.
Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Rusiya, Rumıniya, Bosniya-Hersoqovina, Gürcüstan, Hollandiya, Almaniyanın qatıldığı tədbirin aparıcıları Neslihan Maltepe və Lətafət Ələkbərova olub.
Tədbirdə Lətafət Ələkbərova “İlin uğurlu aparıcısı” mükafatına layiq görülüb.
Qeyd edək ki, sözügedən mərasimdə modelyer Gülnarə Xəlilova ”Türk Dünyasında İlin Modelyeri”, jurnalist Sevil Nuriyeva isə ”İlin Siyasi Analitiki” mükafatını alıb.