Azərbaycanlı atıcı 3200 avro qazandı – FOTO

Baxış sayı: 3. 832 dəfə baxılıb.

Azərbaycanlı atıcı 3200 avro qazandı – FOTO

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən güllə atıcılığı üzrə Avropa kuboku başa çatıb.

Güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi İradə Aşumovanın ÇıxışYolu.Com-a verdiyi xəbərə görə, qitə birinciliyində 25 metr məsafəyə kiçik çaplı tapançadan atəşaçma yarışlarında ölkəmizi onun oğlu Ruslan Lunyov təmsil edib.

O, standard tapançadan atəşaçma üzrə 581 xalla qızıl və mərkəzə atəşaçma üzrə 573 xalla gümüş medal qazanıb. Lunyova qalib olduğu üçün 2400 avro verilib. O, II yeri tutduğuna görə isə əlavə 800 avro da qazanıb.

Qeyd edək ki, İradə Aşumova 2004-cü il Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. O, dünya çempionatının üç dəfə gümüş mükafatını qazanıb. Onun oğlu Ruslan Lunyov isə IV İslam Həmrəyliyi Oyunlarının beşqat qalibidir.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com