Azərbaycanlı atlet dünya çempionatında Qazaxıstana medal qazandırdı

Baxış sayı: 2. 356 dəfə baxılıb.

Azərbaycanlı atlet dünya çempionatında Qazaxıstana medal qazandırdı

Noyabrın 1-dən etibarən Türkmənistanın paytaxtı Aşqabadda kişilər və qadınlar arasında keçirilən ağır atletika üzrə dünya çempionatı millimiz üçün uğursuzluqla başa çatıb. 

ÇıxışYolu.Com xəbər verir ki, Aşqabad Olimpiya Kompleksində təşkil olunan və bu gün başa çatacaq yarışda 91 ölkədən 693 atlet medallar uğrunda mübarizə aparıb.

Dünya çempionatında Azərbaycanı təmsil edən yeddi oğlan idmançıdan heç biri medal qazana bilməyib.

Belə ki, Məhəmməd Məmmədli (61 kq) XXIII, Rüstəm Qasımov XXVI, Kənan Xəlilov XXV (hər ikisi 67 kq), Füqan Əliyev XXXVII, Paşa İbrahimli XXXV (hər ikisi 73 kq), Kənan Əliquliyev XXXVII (81 kq) və Yeniyetmələrin Olimpiadasında gümüş medal qazanmış Tərmenxan Babayev (89 kq) XXVIII yeri tutub.

Qeyd edək ki, azərbaycanlı atlet, Olimpiya çempionu Nicat Rəhimov təkanla qaldırmada Qazaxıstana bürünc medal qazandırıb. Müqayisə üçün onu da bildirək ki, qonşu Ermənistan iki qızıl və iki gümüş, Gürcüstan isə bir bürünc medal əldə edib.

www.ÇıxışYolu.Com