0b793cdd-f6c4-4058-a6d7-4f86fad15074..jpg

Azərbaycanlı baş məşqçi Xavi ilə görüşəcək – FOTO

Baxış sayı: 585 dəfə baxılıb.

Azərbaycanlı baş məşqçi Xavi ilə görüşəcək – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyada səfərdə olan “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasovun
“Barselona”nın “sükanı arxasında” olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin Mətbuat
Xidməti məlumat yayıb.

Mütəxəssisin hazırda sözügedən ölkədə təcrübədə olduğu bildirilib. Bir neçə
gün öncə Madridə yollanan Abasov əvvəlcə burada “Real” və “Barselona”
komandaları arasında baş tutan oyunu izləyib.

Növbəti gün Barselonaya yola düşən baş məşqçi burada bir həftəlik təcrübə
keçəcək. “Barselona” klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya
təmsilçisinin məşqçisi Oskar Hernandes və bir sıra digər yerli mütəxəssislərlə
bir araya gəlib, fikir mübadiləsi aparıb.

Qeyd edək ki, səfərdə Samir Abasovu klubun fiziki hazırlıq üzrə məşqçisi
Cerard Martines müşayiət edir.

Source link