7353efef-6656-45bf-a99c-367718002f34..jpg

Azərbaycanlı basketbolçu ABŞ-yə yollanacaq

Baxış sayı: 645 dəfə baxılıb.

Azərbaycanlı basketbolçu ABŞ-yə yollanacaq

Azərbaycanlı basketbolçu Hüseyn Qaflanov sentyabrın 28-də ABŞ-yə yollanacaq.

Gənclərdən ibarət millinin üzvü Azərbaycan Basketbol Federasiyasının dəstəyi
ilə karyerasını daha yüksək səviyyədə davam etdirmək üçün bu addımı atacaq.
Məlumatı federasiyanın mətbuat xidməti yayıb.

Gənclərdən ibarət yığmanın baş məşqçisi Tahir Baxşıyevin kəşfi sayılan 15
yaşlı idmançı bir il müddətində Cənubi Kaliforniya Akademiyasında (SCA) təhsil
alacaq və basketbol üzrə hazırlıq kurslarını keçəcək.

Hazırlıq prosesində 210 santimetr boya malik Hüseyn Qaflanova peşəkar yerli
mütəxəssislər tərəfindən elit bacarıq təlimləri ilə yanaşı, atletik
keyfiyyətlərin və sağlamlıq performansının artırılmasına dair proqramlar da
tətbiq olunacaq.

Source link