Azərbaycanlı biznesmen Rusiyanın ən zəngin adamı oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Forbes”in reytinqinə görə, Rusiyanın ən varlı adamları siyahısında birinci
yeri “Lukoil” neft şirkətinin təsisçisi Vahid Ələkbərov tutub.
Son bir ildə onun sərvəti 8,1 milyard dollar artaraq 28,6 milyard dollara
çatıb. “Forbes” qeyd edib ki, Ələkbərov tarixdə ilk dəfə reytinqə başçılıq
edir. O, qlobal milyarderlər siyahısında 59-cu yerdədir.
Reytinqdə ikinci yeri “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson tutub.
Onun sərvəti 27,4 milyard dollar qiymətləndirilir. İlk üçlüyü 26,6 milyard
dollarla Novolipetsk dəmir-polad zavodunun rəhbəri və ən böyük səhmdarı
Vladimir Lisin qapayır.