Azərbaycanlı müəllim Moskvada məhdud məsuliyyətli cəmiyyətdəki payını həyat yoldaşının razılığı olmadan satıb. Qadın razılaşmanı pozub. O bildirib ki, bu mübahisəli aktivlər birgə qazanılmış əmlakdır və onun satılması üçün notarial razılıq tələb olunur.
ÇıxışYolu.Com -ın Pravo.ru saytına istinadla məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, alıcı kontragentinin evliliyindən xəbərsiz olub.
2007-ci ildən Tofiq Əliyev “Velostok” Məhdud Məsuliyyətli Cəmiyyətin 25 faiz payının sahibidir. Təşkilatının digər üzvləri isə Lidiya Quliyeva (25%) və Ceyhun Alıyevdir (50%).
2015-ci ildə Əliyev öz 25% payını Alıyevə 75 000 rubla (1200 dollara) satıb. Ancaq bu razılaşma onun həyat yoldaşı Esmira Əliyevanın narazılığına səbəb olub. Cütlük 2000-ci ildə Gəncədə nikah bağlayıb.
Qadın məhkəməyə şikayət edib və bildirib ki, aktivlər onun razılığı olmadan satılıb.
O, öz sözlərini təsdiq etmək üçün 10 illik qiymət hesablamalarını da məhkəməyə təqdim edib.
Alıyev bildirib ki, müqavilə bağladığı zaman qarşı tərəfin təqdim etdiyi sənəddə evliliklə bağlı heç bir informasiya yerləşdirilməyib.