Azərbaycanlı boksçu Almaniyada Yanyaninə qarşı

Azərbaycanlı boksçu Almaniyada Yanyaninə qarşı

Baxış sayı: 3. 174 dəfə baxılıb.

Aprelin 28-də Almaniyada peşəkar boks arenasında rinqə yenidən Azərbaycan bayrağı çıxarılacaq. 

ÇıxışYolu.Com xəbər verir ki, dördqat dünya və Avropa çempionu, peşəkar boksçumuz Azad Əzizov Azərbaycan bayrağı altında növbəti döyüşünü keçirəcək.

Titullu idmançımızın rəqibi Bosniya və Herseqovinanı təmsil edən Miloş Yanyanin olacaq.

Döyüşün təşkilatçısı Anar Axundzadənin meneceri olduğu, Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” boks klubudur.

Hazırda Almaniyada müntəzəm olaraq qarşılaşmaya hazırlaşan Azad Əzizov bu döyüşünü aprel şəhidlərimizə və Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edir.

Qeyd edək ki, beynəlxalq statuslu bu yarış aprelin 28-də, saat 17:30-da zəngin boks ənənələri olan Bavariyanın Kempten şəhərində keçiriləcək.

Onu da bildirək ki, Azad Əzizovun 34 yaşı var. Azad hazırda Almaniya sakini olsa da, Qazaxda doğulub. Rəqibi Miloş Yanyanin ondan on yaş kiçikdir.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com