Azərbaycanlı boksçu Avropa çempionatında erməniyə uduzdu

Baxış sayı: 2. 586 dəfə baxılıb.

Azərbaycanlı boksçu Avropa çempionatında erməniyə uduzdu

Şimali Osetiyanın paytaxtı (Rusiya) Vladiqafqazda 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı davam edir. 

ÇıxışYolu.Com xəbər verir ki, yarışda yarımfinal mərhələsinin ilk günü Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.

49 kq çəki dərəcəsində qüvvəsini sınayan Rüfət Hüseynov final üçün Rusiya idmançısı Volodya Mnatsakanyan ilə döyüşüb. Qarşılaşma erməni əsilli rəqibin qələbəsi ilə yekunlaşdığından həmyerlimiz bürünc medalla kifayətlənib. Bu, millimizin Vladiqafqazda ilk mükafatı olub.

Qeyd edək ki, yarımfinal mərhələsi bu gün başa çatacaq. 1/2 finalda boksçularımızdan Cəbrayıl Yelekov (-81 kq) Aleksandr Poxrebnyakla (Ukrayna), Məhəmməd Abdullayev (+91 kq) Luka Pratlyaçiçlə (Xorvatiya) gücünü yoxlayacaq. Hər iki boksçumuz nəticədən asılı olmayaraq, özünə azı bürünc medalı təmin edib.