345a752a-031e-47fb-b6a4-153437203cc6..jpg

Azərbaycanlı deputat Avronest PA-nın komitə sədri seçildi

Baxış sayı: 627 dəfə baxılıb.

Azərbaycanlı deputat Avronest PA-nın komitə sədri seçildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik,
təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək.

“Report”un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest
Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib,
yeni komitə sədrləri seçilib və növbəti məruzələrin mövzuları müəyyən edilib.

Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti
komitəsinin iclasında sədrlik növbəti 1 il üçün Azərbaycana keçib. Komitənin
sədri Azərbaycan nümayəndə heyətinin sədri Tahir Mirkişili seçilib.

Komitə iclasında çıxış edən deputatlar Soltan Məmmədov və Nurlan Həsənov
Ermənistandan qovulan azərbaycanlıların hüquqlarının bərpası, işğaldan azad
edilmiş ərazilərdə mina qurbanlarının sayının artması məsələlərini qaldırıblar.

Növbəti məruzə üçün Azərbaycan və Ukrayna nümayəndə heyətinin birgə təqdim
etdiyi “Ukraynada və digər Şərq Tərəfdaşlığı ölkələrində konfliktlərdən
təsirlənən məcburi köçkünlərin və mina qurbanlarının sosial və peşəkar
adaptasiyasının dəstəklənməsi” mövzusu səs çoxluğu ilə qəbul edilib.

Komitə iclasında sosial xidmətlərin rəqəmsallaşması mövzusunda müzakirələrdə
üstün nümunə olaraq Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
DOST Mərkəzinin təqdimatı keçirilib.

Source link